XƏBƏRLƏR / Hadisə

Türkiyədə hərbi helikopter dənizə məcburi eniş edib

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədə hərbi helikopter dənizə məcburi eniş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə davam edən “DENİZKURDU-II/2025” təlimi zamanı Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus SH-70 tipli hərbi helikopterin uçuşu vaxtı texniki nasazlıq baş verib.

    Bu barədə "TRT Haber" məlumat verib.

    Helikopter dənizə məcburi eniş edib.

    Milli Müdafiə Nazirliyi helikopterin dörd ekipaj üzvünün vəziyyətinin yaxşı olduğunu bildirib.

    Hərbçilər müayinə olunmaq üçün xəstəxanaya aparılıb.