
Türkiyənin Çanaqqala şəhərində zənciravi qəza nəticəsində 8 nəfər ölüb, 20-si yaralanıb.
“TRT Haber”ə görə, bu barədə Çanaqqala valisi Ömər Toraman bildirib.
Məlumatda bildirilir ki, hadisə Çanaqqala-Ezine avtomobil yolunda baş verib. Çanaqqala “Truva Turizm” şirkətinə aid sərnişin avtobusu odun yüklü yük maşını və avtomobillə toqquşub.
Bildirilib ki, qəza yerinə təcili tibbi yardım, yanğınsöndürən, jandarma və polis briqadaları göndərilib.
İnformasiyaya əsasən, yük maşınının sürücüsü həyatını itirib.
Sərnişin avtobusunda 25 nəfər olub.