XƏBƏRLƏR / Terror

Türkiyədə İŞİD əməliyyatı: 300-dən çox şübhəli saxlanılıb

"TRT Haber" məlumat verir

Türkiyədə İŞİD əməliyyatı: 300-dən çox şübhəli saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İstanbul və Ankara şəhərləri də daxil olmaqla, 21 vilayət və şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

    Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" sosial media hesabında məlumat verib.

    Onun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində 357 İŞİD şübhəlisi saxlanılıb.

    Qeyd edək ki, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi həlak edən terrorçularla əlaqəli olanlar da var.