XƏBƏRLƏR / Kriminal

Türkiyədə məktəbə silahlı hücumda ölənlərin sayı 10-a çatdı

Bu barədə Türkiyə mediası məlumat yayıb

Türkiyədə məktəbə silahlı hücumda ölənlərin sayı 10-a çatdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.

    Bu barədə Türkiyə mediası məlumat yayıb.

    Məlumatda bildirilib ki, xəstəxanada bütün müdaxilələrə baxmayaraq, məktəbə təşkil olunan hücumda yaralanan Yusuf Tarık Gülün həyatını xilas etmək mümkün olmayıb. Bununla da insident nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

    Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir.