Türkiyədə ölən Azərbaycan vətəndaşlaırnın sayı 10-a çatıb
Zəlzələ zonasında yaşayan 9 Azərbaycan vətəndaşının taleyi məlum deyil
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb. Bu barədə Xarici İşlər Nazirliyi xəbər verib.
Əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlu, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlu, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlu, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
Həlak olmuş vətəndaşlarımızın cənazələrinin 16 fevral tarixində Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Türkiyədə zəlzələ zonasında yaşayan 9 Azərbaycan vətəndaşının taleyi məlum deyil - XİN