Türkiyənin Sakarya vilayətinin Serdivan bölgəsində dəhşətli cinayət hadisəsi baş verib. Serdivanın Kemalpaşa rayonunda komissar olduğu öyrənilən İlker Tarık Ünal naməlum səbəbdən boşanma prosesində olan həyat yoldaşı ilə mübahisə edib. Yerli mətbuat xəbər verir ki, polis məmuru anasını, həyat yoldaşını və qızını güllələyib.
Məlumata görə, polisin həyat yoldaşı və qızı ölüb, anası ağır yaralanıb.
Hadisədən sonra 50 yaşlı İlker Tarık özünü də öldürüb.
Cinayətlə bağlı araşdırma aparılır.