Türkiyədəki səfirliyimizin kollektivi Rəsulzadənin məzarında
Qeyd edək ki, bu gün M.Ə.Rəsulzadənin anadan olmasından 140 il ötür
Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Ziyarətdə səfir Rəşad Məmmədov və digər diplomatlar iştirak ediblər.
Məhəmməd Əmin Rəsulzadənin xatirəsi ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub.
Qeyd edək ki, bu gün M.Ə.Rəsulzadənin anadan olmasından 140 il ötür.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.