BLOQ

Türkiyənin yeni turizm qatarı "Mesopotamia Express"

Ankaradan Diyarbakıra qədər uzanan marşrut üzrə səyahət həvəskarlarını yeni təəssüratlar gözləyir FOTOREPORTAJ

Türkiyənin yeni turizm qatarı "Mesopotamia Express"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin yeni turizm qatarı "Mesopotamia Express" tanıtım turunu tamamlayıb.

    Ankaradan Diyarbakıra qədər uzanan marşrut üzrə səyahət həvəskarlarına yeni təcrübələr yaşadacaq turist qatarının 19 aprel tarixində ilk səfərindən əvvəl tanıtım turu keçirilib.

    Ankaradan başlayan qatar Kayseri, Malatya və Elazığda dayanaraq təxminən 1 gün sonra Diyarbakıra çatıb. Mərkəzi, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində marşrut boyu təbii mənzərələrdən zövq alan sərnişinlər dayandıqları şəhərləri də yaxından tanımaq imkanı əldə ediblər.