ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasından nə xəbər?
Yeni ABŞ administrasıyasına görə, Ermənistan sanksiya mallarının alış-verişini kəskin azaldır

Bayden administrasiyası ilə ilin əvvəlində imzalanmış ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası artıq öz nəticəsini verməkdədir...
İqtisadiyyat bölməsində aşağıdakı cümlə qeyd olunur: “Ermənistan və ABŞ ikili təyinatlı maddələr üzrə ixrac nəzarətinə riayət olunmasını gücləndirmək, siyasət çərçivələrini əlaqələndirmək və məlumat mübadiləsi aparmaq üçün işçi qrupunun yaradılmasına təşəbbüs göstərmək niyyətindədirlər”.
Söhbət Rusiyadan gələn və ixraca gedən sanksiyalı mallardan gedir...
Beləliklə, işçi qrupunun fəaliyyətinə hazırlaşmaq üçün ilk iki ayda Ermənistanın xarici ticarət dövriyyəsi 52% düşüb...
Maraqlıdır ki, Tramp administrasiyası vəzifəyə başlayandan bəri ABŞ-ın Strateji Tərəfdaşlıq Xartiyası üzrə öhdəliklərinin nə dərəcədə yerinə yetirildiyi barədə faktiki olaraq heç bir məlumat yoxdur. Əksinə, Dövlət Departamentinin Ermənistanı demokratikləşdirmək üçün USAİD-in layihələrinə ayrılan maliyyəni azaltdığına dair məlumatlar yayılır.
Sanksiyalar üzrə işçi qrupu isə, görünür, işə başlamayıb, çünki ABŞ Rusiya ilə birbaşa danışıqlar aparır və sanksiyaların azaldılması danışıqların mövzularından biridir.
Beləliklə, bu gün Ermənistanın özü sanksiyalar altındakı ticarət dövriyyəsini azaldır və ABŞ-ın təftiş strukturları bu mövzuya maraq göstərmir...