BLOQ

Putinə olar, bizə yox?

O, Rusiya vətəndaşlığını qəbul etməyən əhalinin deportasiya oluna bilməsi haqqında fərman imzalayıb

Putinə olar, bizə yox?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Zelenskdən sonra Putin özünün hesab etdiyi ərazidə vətəndaşlıq almaq istəməyən əhalini görmək istəmir.

    Rusiya prezidenti “yeni” regionlarda Rusiya vətəndaşlığını qəbul etməyən əhalinin deportasiya oluna bilməsi haqqında fərman imzalayıb.

    “Rusiya vətəndaşlığını qəbul etməyən və beləliklə əcnəbi kimi tanınan yeni bölgələrin sakinləri, əgər onlar ölkənin milli təhlükəsizliyinə təhlükə törədə bilərlərsə, ölkədən çıxarıla bilərlər". Müvafiq sərəncamı prezident Vladimir Putin imzalayıb.

    "Xüsusilə, söhbət Rusiyanın konstitusiya quruluşunun əsaslarının zorakılıqla dəyişdirilməsini müdafiə edən, terror hücumlarını və ya ekstremist fəaliyyətləri planlaşdıran və ya maliyyələşdirən insanlardan gedir. Eyni şey ictimai asayişi və təhlükəsizliyi pozanlara, o cümlədən icazəsiz mitinqlərdə, yürüşlərdə və ya piketlərdə iştirak edənlərə də aiddir”.

    Yəni vətəndaşlığı olmayan insanların ölkəsində həyatın qəbuledilməzliyi bütün növ ölkələr üçün normadır!

    Təbii ki, bu, Rusiyanın işğal etdiyi və ilhaq etdiyi Ukrayna ərazisidir. Lakin prinsipin özü normadır və Ukrayna da bu əraziləri azad edəndən sonra hərəkətə keçəcək.

    Putinin bu qərarı general Lentsov üçün tam vaxtında gəldi.