BLOQ

Bəşər Əsədin devrilməsi Putinə niyə zərbə vurur...

"The Times" qəzetinin bu günkü sayında "Dərin mənalar" rubrikasında köşə yazısının tərcüməsi

Bəşər Əsədin devrilməsi Putinə niyə zərbə vurur...
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bəşər Əsədin devrilməsi Putinə niyə zərbə vurur və Rusiyanın zəifliyini ortaya qoyur

    Moskva Yaxın Şərqdəki ən böyük müttəfiqinin süqutunun mənasını kiçiltməyə çalışır, lakin Ukraynadakı müharibə Kremlin nüfuzunu ciddi şəkildə zəiflədib.

    Suriya üsyançılarının Dəməşqə daxil olmasından bir neçə saat sonra Rusiya dövlət televiziyası Kremlin Yaxın Şərqdəki ən böyük müttəfiqi olan prezident Əsədin süqutunu Moskva üçün mənasını azaltmağa çalışdı. Əsəd və ailəsinə Moskvadan sığınacaq verildikdən sonra Kremlin təbliğatı rusları Dəməşqdəki dramatik hadisələrin nisbətən əhəmiyyətsiz olduğuna inandırmağa başladı.

    Lakin Kreml tərəfdarlarının heç də hamısı bu nöqteyi-nəzərlə razılaşmadı və bəziləri artıq baş verənləri “Rusiya üçün böyük geosiyasi məğlubiyyət” adlandırdı: “Bu, böyük geosiyasi məğlubiyyət və Yaxın Şərqdəki hərbi mövcudluğumuzun itirilməsidir, bunun üçün son doqquz il ərzində çox ciddi mübarizə aparmışıq”, - deyə Rusiyanın “Hərbi Xəbərçi” Teleqram kanalı qeyd edib.

    Bununla belə, bütün Kreml tərəfdarları Əsəd rejiminin süqutuna məhəl qoymağa o qədər də həvəsli deyildilər. “The Times” qəzetinin xarici müxbiri Mark Bennetts xəbər verir ki, Rusiya Suriyanın yeni hökmdarları ilə müharibə aparan ölkədəki hərbi bazalarının gələcəyi ilə bağlı danışıqlar aparmağı planlaşdırdığını bildirsə də, onların taleyi hələ də məlum deyil.

    Analitiklərin fikrincə, “Putinin Ukraynadakı müharibəyə aludə olması Rusiyanın digər ölkələrdə baş verən hadisələrə təsir imkanlarının azalmasına, o cümlədən Kremlin Suriyadakı hərbi-strateji imkanlarının zəifləməsinə səbəb olub”.

    “Rusiya sovet dövründən Suriyada var. Və Putin iki həftə ərzində hər şeyi puç elədi. Bəs nə üçün? Ukraynada daha bir kəndi tutmaq üçün? - Moskva jurnalistlərindən biri qeyd edir.

    Moskvanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin rəhbəri Ruslan Puxov qeyd edir ki, Moskva hazırda keçmiş Sovet İttifaqının hüdudlarından kənara effektiv şəkildə güclə müdaxilə etmək üçün kifayət qədər hərbi gücə, resurslara, təsirə və səlahiyyətə malik deyil. "Dünya səhnəsində güc və imkanlarınız haqqında blef edə bilərsiniz, lakin öz blefinizə inanmağa başlamamaq vacibdir" deyir.

    Eyni zamanda, Suriya Putin üçün vacib idi, çünki bu, ona Qərbə meydan oxumağa və yeni silahları sınaqdan keçirməyə imkan verirdi ki, o, indi Ukraynada bunu daha geniş miqyasda edə bilsin. Rusiyanın Suriyadan qoşunlarını tamamilə çıxaracağı təqdirdə onları yenidən Donbassdakı döyüş meydanlarına yerləşdirəcəyi ilə bağlı narahatlıqlar da var.

    Qeyd etmək lazımdır ki, Rusiyanın Suriyadakı uğursuzluğu digər ölkələrdə təsirinin zəifləməsi fonunda baş verir. Moldovanın Avropa İttifaqına üzvlüyünü pozmaq üçün uğursuz cəhdi, Rumıniyada rusiyayönlü ultramillətçi Kalin Georgeskunun qalib gəldiyi prezident seçkilərinin birinci turunun nəticələrinin ləğv edilməsini, eləcə də Gürcüstanda müxalifətin rusiyameyilli hakim partiyaya qarşı etirazları xatırlaya bilərik. 

    The Times (c)