Diqqət etmisiniz, xarici siyasət məsələlərində, yəni Azərbaycanla bağlı İranda nədənsə din xadimləri, sonra SEPAH nümayəndələri, daha sonra Müdafiə Nazirliyinin nümayəndələri bəyanatlar verirlər?...
Bu hansı tendensiyadır? Və niyə hər kəs xarici siyasət bəyanatları verir?
Məgər konstitusiya belə bəyanatlar vermək səlahiyyəti olan məmurların dairəsini müəyyən etmirmi?
Bu nədir - xarici siyasətdə yeni taktika, yoxsa yeni tendensiya?
Yoxsa bu, sadəcə, bayağı bir qarışıqlıqdır, təbliğ etmək istəyən hər kəs xidməti və vəzifə səlahiyyətləri çərçivəsindən kənara çıxır?
Mən belə düşünürəm ki, bu, hakimiyyətin zəifləməsi və ciddi daxili siyasi böhranın başlanğıcıdır.