Türkiyəyə F-16 satışını əngəlləmək cəhdi rədd edildi
ABŞ senatoru Rand Paul bu sövdələşmənin qarşısını almağa çalışırdı.
ABŞ Senatı Türkiyəyə F-16 qırıcılarının satışını əngəlləmək cəhdini rədd edib.
Senatorlar qətnamə layihəsini Xarici Əlaqələr Komitəsinin ümumi səsverməsinə çıxarmaqdan imtina ediblər.
Türkiyə İsveçin NATO-ya daxil olmasına etirazını geri götürdükdən sonra Ağ Ev Konqresdən F-16-ların və onların təkmilləşdirilməsi dəstlərinin Türkiyəyə 20 milyard dollardan çox qiymətə satışını təsdiqləməyi xahiş edib.
Senator Rand Paul qarşıdan gələn tədarüklərin "təsdiq edilməməsi haqqında qətnamə" layihəsini təqdim edərək sövdələşmənin qarşısını almağa çalışırdı.