XƏBƏRLƏR / Nəqliyyat

Türkiyə səmasını Ermənistan aviaşirkəti üçün bağlayıb

Türkiyə "Flyone Armenia" şirkətinə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirməsini qadağan etdi

Türkiyə səmasını Ermənistan aviaşirkəti üçün bağlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan KİV-i “Flyone Armenia” şirkətinin Direktorlar Şurasının sədri Aram Ananyana istinadən xəbər verir ki, Türkiyə aviasiya hakimiyyət orqanları əvvəlcədən xəbərdarlıq etmədən "Flyone Armenia"ya Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib.

    Bu arada Parisdən İrəvana uçan “Flyone Armenia” aviaşirkətinin təyyarəsi Kişinyovda məcburi eniş edib. Təyyarə saat 23:10-da İrəvanın "Zvartnots" hava limanına enməli idi. Enişin ləğv edilməsinin səbəblərini Türkiyənin gözlənilməz qərarı ilə əlaqələndirirlər.