Türkmənistanda parlamentə erkən səsvermə başlayıb
Bu barədə "Neytral Türkmənistan" qəzeti məlumat yayıb
Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb.
Bu barədə "Neytral Türkmənistan" qəzeti məlumat yayıb.
Bildirilir ki, prosedur ilk növbədə uzunmüddətli ezamiyyətə və ya məzuniyyətə gedən, habelə martın 26-da seçki günü bu və ya digər səbəbdən öz seçki məntəqəsində səs verməyə gələ bilməyən vətəndaşlar üçün nəzərdə tutulub.
Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatına görə, seçki kampaniyasının bütün mərhələləri vaxtında, mövcud milli qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun təşkil olunub. Ölkənin bütün 2644 seçki məntəqəsi fəaliyyətə tam hazırdır, o cümlədən xaricdə Türkmənistanın diplomatik nümayəndəliklərində 42 seçki məntəqəsi öz seçicilərini gözləyir.