XƏBƏRLƏR / İdman

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

Ölkə 25-ci pillədə qərarlaşıb

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

    Ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb.

    Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4.

    Azərbaycanın cari mövsüm qazandığı əmsal isə 5.125-ə bərabərdir.

    24-cü yerdəki İsrailin 23.875, 26 mövqedəki Sloveniyanın 22.843 əmsalı var.

    Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.