XƏBƏRLƏR / Siyasət

Uitkoffun təyyarəsi "Vnukovo" hava limanına enib

"İnterfaks" xəbər verir

Uitkoffun təyyarəsi "Vnukovo" hava limanına enib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu təyyarə Moskvanın "Vnukovo" hava limanına enib.


    "İnterfaks" “Flightradar24” xidmətinə istinadən xəbər verir ki, "Bombardier Global 7500" biznes təyyarəsi birbaşa Mayami hava limanından uçub.

    Bundan əvvəl "Axios" portalı məlumatlı amerikalı mənbəyə istinadən məlumat vermişdi ki, Uitkoff cümə günü Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.

    Kreml Uitkoffun Rusiyaya səfərinin və Putinlə görüşünün baş tutacağı təqdirdə məlumat verəcəyini vəd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, “Prezidentlə cənab Uitkoff arasında yeni təmasların baş verəcəyi təqdirdə və nə vaxt olacağı barədə sizə məlumat verəcəyik”.