XƏBƏRLƏR / Parlament

Ukrayna Ali Radası hökumətin yeni tərkibini təsdiqləyib

Ukrayna KİV-ləri xəbər verir

Ukrayna Ali Radası hökumətin yeni tərkibini təsdiqləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun rəhbərliyi altında Nazirlər Kabinetinin yenilənmiş tərkibini təsdiqləyib.

    Ukrayna KİV-ləri xəbər verir ki, müvafiq qərarı 253 xalq deputatı dəstəkləyib.

    Mixail Fedorov baş nazirin birinci müavini, rəqəmsal transformasiya naziri, Aleksey Sobolyev iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri, Svetlana Qrinçuk isə energetika naziri təyin edilib.

    Taras Kaçka Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini təyin edilib.

    Bir sıra nazirlər öz vəzifələrində qalıblar. Aleksey Kuleba – baş nazirin müavini – infrastruktur və ərazilərin inkişafı naziri, İqor Klimenko – daxili işlər naziri, Viktor Lyaşko – səhiyyə naziridir.

    Plenar iclasda çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, hökumətin tərkibinin yenilənməsi ölkəni gücləndirməli və ABŞ ilə əməkdaşlığın yeni mərhələsini açmalıdır.