"Ukrayna müəyyən ərazilərini itirməyə hazır olmalıdır" FOTO
Bunu ABŞ Prezidenti Tramp öz sosial şəbəkəsində yazıb

"Ukrayna Rusiyayanın xeyrinə müəyyən ərazilər itirməyə hazır olmalıdır, əks halda, müharibə nə qədər uzun davam edərsə, onlar bir o qədər çox torpaq itirəcəklər", – ABŞ Pezidenti Donald Tramp bu mətnlə "Truth Social" nəşrində repost edib.
Digər tərəfdən, ABŞ prezidenti Tramp Rusiya ilə bağlı məsələlərdə "böyük irəliləyiş" əldə etdiyini yazıb:
"RUSİYA ÜZRƏ BÖYÜK İRƏLİLƏYİŞ. XƏBƏRLƏRİ İZLƏYİN!" Amerika lideri təfərrüatlar vermədən qeyd edib.
Bundan başqa, "Bild" dərgisinə məlum olub ki, Tramp Vaşinqtona toplaşan Avropa liderləri ilə birgə görüşdən imtina edib və Zelenskini təkbətək formatda qəbul edəcək.
Nəşrin məlumatına görə, Aİ və NATO nümayəndələri daha sonra təkbətək danışıqlara qatılacaqlar.
Proqrama birgə işçi nahar və geniş müzakirə daxildir.
Qeyd edək ki, Avropa nümayəndə heyətinə Merz (Almaniya), fon der Leyen (Aİ), Makron (Fransa), Stubb (Finlandiya), Starmer (Böyük Britaniya), Meloni (İtaliya) və NATO-nun Baş katibi Rutte daxildir.