XƏBƏRLƏR / Diplomatiya

Ukraynanın yeni səfiri Azərbaycana gəldi

Bununla bağlı ukraynalı səfir özü bildirib

Ukraynanın yeni səfiri Azərbaycana gəldi
Yuri Qusev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıdadır və artıq fəaliyyətə başlayıb.

    Bununla bağlı ukraynalı səfir "X" hesabında bildirib.

    Dipliomat Azərbaycanda missiyasının ilk günündə Bakıda keçirilən Dünya Kubokunun mərhələsində uğurla çıxış edən ukraynalı bədii gimnastika komandası ilə görüşdüyünü vurğulayıb.

    Xatırladaq ki, Ukraynanın bundan əvvəlki səfiri Vladislav Kanevskinin səlahiyyət müddəti bu il bitib.