
Azərbaycan mədəniyyət və sivilizasiyanın beşiyi, həmçinin Şərqin müasir musiqisi, teatrı və incəsənətinin mənbəyidir. Azərbaycanın musiqisi və incəsənətinə yuxarı vəziyətə qovuşmaq uğrunda canlarından və mallarından keçərək ölümsüz iz qoyan şəxslərin sayı az deyil.
Şərqin musiqidə dahi ustası, Üzeyir Hacıbəyov, Səfiəddin Urməvi və Əbdülqadir Marağayi musiqi məktəblərindən qaynaqlanan ənənəvi musiqidən ilham alaraq Azərbaycan klassik musiqisini müasir tərzdə təşkil etdi. O, "Koroğlu", "Məşədi İbad" ("O olmasın, bu olsun"), "Arşın mal alan" operaları və 1918-ci il Azərbaycan Dövlət Marşını yaradaraq öz adını əbədiləşdirdi.
1913-cü ildə yazılmış "Arşın mal alan" musiqili komediyası ilk gündən etibarən Arazın hər iki tərəfindəki Azərbaycan əhalisi tərəfindən rəğbətlə qarşılandı. Bu tamaşa Qacar dövrünün sonunadək Təbriz və Urmu ilə yanaşı Azərbaycanın digər şəhərlərində, həmçinin Tehran və Gülüstan sarayında səhnələşdirildi. 1945-1946-cı illərdə isə Azərbaycan şəhərlərində ən sevimli teatr tamaşalarından birinə çevrildi.
Bu unudulmaz tamaşanın səksən il sonra yenidən səhnəyə qoyulması, Dr. Vəli Lütfdoxtun rəhbərliyi ilə Turan İncəsənət Qrupu, rejissor Araz İsanijad və Urmu övladlarının ifaçılıq sənəti sayəsində mümkün oldu. Burada ürəkdən gələn gözəl dialoqlar, Azərbaycanın zəngin dekorasiya və milli geyimləri ilə birləşərək unudulmaz səhnələr yaradır.
Tamaşa bazar ertəsi gününə qədər (saat 18:00-dan 20:00-a qədər) Çaharrahə Apadana İncəsənət Kompleksinin Şəms zalında nümayiş etdirilir.
Dr. Tohid Məlikzadə