XƏBƏRLƏR / Siyasət

U.Fon der Lyayen Zəngəzur dəhlizinin açılışına ümid edir

Avropa Komissiyasının sədri məsələyə Aİ-Mərkəzi Asiya sammitindəki çıxışında bu məsələyə toxunub VİDEO

U.Fon der Lyayen Zəngəzur dəhlizinin açılışına ümid edir
Ursula Fon der Lyayen
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi növbəti dəfə diqqət mərkəzinə düşüb. Aİ-Mərkəzi Asiya sammitində Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, 30 illik bağlılıqdan sonra Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması regiondakı vəziyyəti kökündən dəyişə bilər.

    VİDEO

    Fon der Lyayen inteqrasiyanın və yeni ticarət yollarının yaradılmasının vacibliyindən danışaraq, "Bu, Avropa və Mərkəzi Asiyanı əvvəlkindən daha da yaxınlaşdıracaq" deyib.

    Bu marşrutlardan biri də sammitdə xüsusi diqqət çəkən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ursula Fon der Lyayen qeyd edib ki, bu dəhliz Avropa ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin möhkəmləndirilməsində əsas rol oynayacaq, lakin onun uğurlu fəaliyyət göstərməsi üçün təkcə infrastrukturun inkişafı deyil, həm də sərhəd keçidlərinin sadələşdirilməsi lazımdır.