XƏBƏRLƏR / Mədəniyyət

Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib

Mədəniyyət Nazirliyi bildirir

Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin Şuşa mərhələsinin tarixi dəyişdirilib.

    Nazirlikdən bildirilib ki, əvvəlcədən elan edilmiş tarixdən fərqli olaraq, tədbir iyulun 22–23-də keçiriləcək.

    Tədbir proqramında dəyişiklik yoxdur və bütün ədəbi-bədii tədbirlər, təqdimatlar və çıxışlar əvvəlki kimi planlaşdırılmış şəkildə davam edəcək.