XƏBƏRLƏR / Hərbi

“Vaqner”in hərbi texnikaları Müdafiə Nazirliyinə veriləcək

Bu barədə Rusiya MN-dən bildirilib

“Vaqner”in hərbi texnikaları Müdafiə Nazirliyinə veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Vaqner” muzdlularına məxsus ağır hərbi texnikalar Rusiya Müdafiə Nazirliyinə təhvil veriləcək.

    Bu barədə Rusiya MN-dən bildirilib.

    Məlumata görə, “Vaqner”in hərbi texnikalarının Rusiyanın ordu bölmələrinə təhvil verilməsi üçün hazırlıq işləri aparılır. 

    Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.