XƏBƏRLƏR / Siyasət

Vaşinqtonda Mərkəzi Asiya-ABŞ sammiti keçiriləcək

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti xəbər yayıb

Vaşinqtonda Mərkəzi Asiya-ABŞ sammiti keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tramp 6 noyabrda Vaşinqtonda Mərkəzi Asiya-ABŞ sammitinin keçirilməsini təklif etdi.

    ABŞ Prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin liderlərini 6 noyabrda Vaşinqtonda keçiriləcək Mərkəzi Asiya-ABŞ sammitində iştirak etməyə dəvət etdi.

    Bu barədə Qazaxıstanın "Akorda" agentliyi məlumat yayıb.

    Qazaxıstan Prezidenti dəvətə görə Trampa təşəkkür etdi və görüşün keçirilməsi təşəbbüsünü vaxtında və region ölkələri ilə ABŞ arasında əməkdaşlığın inkişafı üçün vacib adlandırdı.

    Kasım-Jomart Tokayev qeyd etdi ki, Prezident Donald Trampın daxili və xarici siyasətinin əsas məqsədlərini, xüsusən də sağlam düşüncəyə əsaslanan ənənəvi dəyərləri dəstəkləməyi, eləcə də Amerika liderinin sülhü və təhlükəsizliyi qorumaq istəyini bölüşür.