XƏBƏRLƏR / Din

Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb

Dəfn mərasiminin şənbə günü, aprelin 26-da keçiriləcəyi gözlənilir

Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin Vatikandakı iqamətgahındakı kapellasında - "Müqəddəs Marfa" evində onunla vida mərasimi başlayıb.

    Fransisk Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. 2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi dəqiq yeri göstərib. Vəsiyyətnamədə qeyd olunduğu kimi, onun dəfn xərcləri xeyriyyəçi tərəfindən ödənilib.

    Dəfn mərasiminin şənbə günü, aprelin 26-da keçiriləcəyi gözlənilir. Vatikan qaydalarına görə, pontifik ölümündən 4-6 gün sonra dəfn edilməlidir.

    Qeyd edək ki, Müqəddəs Taxtın mətbuat xidmətinin dünən yayımladığı rəsmi tibbi hesabatda Fransiskin koma və ürək dayanmasına səbəb olan insult keçirdiyi bildirilir.