"OPEC-dən kimin çıxacağını təxmin etmək çətin deyil... Əmin ola bilərsiniz ki, əgər Tramp BƏƏ-nin etdiyi kimi Venesuelanın OPEC-dən çıxmasını istəsə, bu baş verəcək", - "Globe and Mail" qəzetin köşə yazarı Erik Requli qeyd edir.
O hesab edir ki, Venesuela prezidenti Nikolas Maduronun qaçırılmasından bəri dünyanın ən böyük neft ehtiyatlarına malik olan Venesuela faktiki olaraq Vaşinqtondan asılı vəziyyətə düşüb.
Reuters BƏƏ-nin OPEC-dən çıxmaq qərarının Tramp üçün qələbə olduğunu bildirmişdi. Agentliyin məlumatına görə, Tramp əvvəllər təşkilatı neft qiymətlərini şişirtməkdə günahlandırmışdı.
1 dəqiqədən az