Venesuela prezidentini öldürmək istəyiblər
Nikolas Maduro Karakasda keçirilən mitinqdə ona qarşı sui-qəsd olduğunu bildirib
Nikolas Maduro Karakasda keçirilən mitinqdə ona qarşı sui-qəsd olduğunu bildirib
Venesuela Prezidenti 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edib.
Maduronun sözlərinə görə, mitinq başlamazdan əvvəl onun həyatına sui-qəsd hazırlanırdı. Bu işdə saxlanılan iki nəfərin ifrat sağçı Vente Venesuela partiyasına üzv olduqlarını etiraf etdikləri iddia edilir.