Reportaj / 44 Günlük Müharibə

Vətən müharibəsinin xronikası: 7 noyabr

Müharibənin 42-ci günü

Vətən müharibəsinin xronikası: 7 noyabr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • • Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi "twitter" hesabında bildirib.

    • Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə mövqelərinə artilleriya zərbələri endirilib. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının birinci taborunun bölmələrinin şəxsi heyəti itkilərə məruz qalıb, D-30 artilleriya divizionunun 3-cü batareyasının topları sıradan çıxarılıb.

    • Döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən geriyə çəkilməyə məcbur edilib. Bölmələrimiz Ermənistan ordusunun 178-ci əlahiddə kəşfiyyat taborundakı, eləcə də 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyətini məhv ediblər. Bu barədə Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə məlumat verilib.

    • Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörünlərini paylaşıb.

    • Düşmənin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində çoxlu sayda hərbi qulluqçusu məhv edilib.

    • ANAMA: Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərzrsizləşdirilib.