Vətənə xəyanətdə təqsirləndirilən şəxsə 17 il həbs verildi
Hacı Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda təqsirləndirilir
Dövlətə xəyanətdə ittiham olunan Hacı Paşayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, H. Paşayev 17 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, H.Paşayevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ittiham elan olunub. O, Ermənistan xüsusi xidmət orqanlarına casusluqda təqsirləndirilir.