XƏBƏRLƏR / Nəqliyyat

“Wizz Air” Avropanın ən pis aviaşirkətidir

Bu Böyük Britaniyanın “Which?” təşkilatının apardığı sorğu əsasında müəyyənləşib

“Wizz Air” Avropanın ən pis aviaşirkətidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Macarıstanın “Wizz Air” loukosteri Avropanın ən pis aviaşirkəti seçilib. Bu, Böyük Britaniyanın “Which?” təşkilatının apardığı sorğu əsasında müəyyənləşib. Şirkət mümkün 100 xaldan 48-ni toplayıb.

    Aşağı nəticə göstərən aviaşirkətlər arasında, həmçinin “Ryanair” (52 xal), “Eurowings” (53 xal), “British Airways” və “Lufthansa” (hər biri 57 xal) var.

    Ən yaxşı aviaşirkət “Jet2” seçilib (80 xal). İkinci yerdə “Turkish Airlines” (78 xal), üçüncü yerdə isə “Swiss” və “Finnair” (hər biri 75 xal) qərarlaşıblar.