XƏBƏRLƏR / Nəqliyyat

Türkiyə təyyarəsi Bakıya təcili eniş etdi

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan vəbər verilib

Türkiyə təyyarəsi Bakıya təcili eniş etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Turkish Airlines" aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

    Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib.

      Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.