XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan və İran arasında gəmilərin hərəkəti bərpa edildi

Azərbaycan tərəfdən Astara limanına tikinti materialları daşıyan ilk kommersiya gəmisi yanaşıb

Azərbaycan və İran arasında gəmilərin hərəkəti bərpa edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın Astara limanında çöküntülər səbəbindən uzun müddət bağlanan ticarət gəmilərinin hərəkəti yenidən fəaliyyətini bərpa edib. İranın yol və şəhərsalma nazirinin müavini, Limanlar Təşkilatının rəhbəri Səid Rəsuli bildirib ki, Azərbaycan tərəfdən Astara limanına ilk kommersiya gəmisi yanaşıb. 1,600 ton tutumlu gəmi tikinti materialları daşıyır. 

    Məlumata görə, ötən ildən Xəzər dənizinin suyunun səviyyəsinin azalması və limanın giriş kanalında toplanan çöküntülər gəmilərin hərəkətinə mane olub. Apreldən etibarən çöküntülərin təmizlənməsi işlərinə başlanılıb və indiyədək 150 min kubmetr çöküntü çıxarılıb. 

    Səid Rəsuli qeyd edib ki, limanın açılması İranın Xəzər dənizindəki ticarət və nəqliyyat imkanlarını artıracaq və bölgədəki liman infrastrukturlarının inkişafına töhfə verəcək. (IRIB News)