XƏBƏRLƏR / Şəhər

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib

Bakı dünyanı qarşılamağa hazırdır

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib.

    Mayın 16-na olan məlumata görə, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında iştirak etmək üçün rəsmi olaraq 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.

    Bu güclü qlobal reaksiya WUF13-ün artan çəkisini və daha təhlükəsiz, daha inklüziv, dayanıqlı şəhərlər və icmalar formalaşdırmaq üçün ortaq öhdəliyi əks etdirir.