BLOQ

Xalq artisti Leyla Şəripova Almaniyada vəfat edib FOTO/VİDEO

Bu barədə Tacikistan KİV məlumat yayıb

Xalq artisti Leyla Şəripova Almaniyada vəfat edib FOTO/VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib.

    Bu barədə Tacikistan KİV məlumat yayıb.

    Müğənni Almaniyanın Düsseldorf şəhərində vəfat edib.

    Leyla Şəripova 1931-ci il iyunun 22-də Bakıda anadan olub. Atası İzmir türkü, anası Azərbaycan türküdür. Müğənni Şərq ölkələrinin mahnılarını ifa etəklə məşhurlaşmışdır. VİDEO

    Bir neçə vaxt Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978 ildə Bakı köçür, 1980 ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalqı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxı. edib. 1988 ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.

    Şəripovanın repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıalrı olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir. Leyla Şəripovanın ustalığı və zərif vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazandı. Şəripova bəstəkar və nəğməkar şair da olub, 10 mahnının sözlərini yazıb, "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnıların müəllifi olub.