XƏBƏRLƏR / Qayıdış

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb

DİN xəbər verir

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

    Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.