Xankəndi, Xocalı, Ağdərədə bayraqlar yarıya qədər endirilib
Fevralın 26-sı Xocalı soyqırımının 33-cü ildönümüdür

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib.
Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.