XƏBƏRLƏR / Qayıdış

Xankəndidə 50 il sonra badminton üzrə ölkə çempionatı

Dekabrın 21-də həlledici qarşılaşmalar başlayacaq

Xankəndidə 50 il sonra badminton üzrə ölkə çempionatı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Badminton üzrə ölkə çempionatı 50 ildən sonra yenidən Xankəndidə keçiriləcək.

    Federasiyadan verilən məlumata görə, Azərbaycan çempionatının final görüşləri Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbdə oynanılacaq.

    Dekabrın 21-də keçiriləcək həlledici qarşılaşmalar saat 12:00-da başlayacaq.