XƏBƏRLƏR / Hərbi

Xankəndidə xeyli silah-sursat aşkarlandı

Bu barədə DİN məlumat yayıb

Xankəndidə xeyli silah-sursat aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

    Bu barədə DİN məlumat yayıb.

    Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.