XƏBƏRLƏR / Yaddaş

Xarici dövlət nümayəndəlri Azərbaycana başsağlığı verirlər

Xarici işlər nazirlikləri və səfirlər günahsız Xocalı şəhidlərini sosial şəbəkələrdə paylaşımlarla yad ediblər

Xarici dövlət nümayəndəlri Azərbaycana başsağlığı verirlər
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Xarici İşlər Nazirliyi: Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

    “33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edir, əziz Azərbaycanın ağrısını paylaşırıq”
    , - nəşr yazır.

    İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün "X" sosial şəbəkə hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı yazı paylaşıb.

    “Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına səmimi başsağlığı verirəm.

    Azərbaycanlı dostlarımızın keçirdiyi kədər bizə çox tanışdır - bu, oktyabrın 7-də keçirdiyimiz sarsıntı və kədəri əks etdirir. Hər iki hadisə bir-birindən zamanla ayrılsa da, amansız zorakılıq aktları nəticəsində günahsız insanların ölümünün şahidi olmağın eyni ürəkağrıdan ağrısını əks etdirir.

    Bu faciələr bizə nifrət və ədalətsizliyə qarşı birləşmək və ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”, - postda deyilir.

    Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

    Bu barədə diplomatik missiyanın rəhbəri sosial şəbəkə hesabında məlumat verib.

    “Xocalı faciəsindən 33 il ötür, mən bütün azərbaycanlılarla birlikdə bu soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edirəm!” – diplomat yazıb.

    ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı nəşr paylaşıb.

    “Bu gün Azərbaycan xalqı ilə birlikdə 1992-ci ildə baş vermiş Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edirik. Onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara deyib.

    Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı soyqırımının qurbanlarını yad edib.

    Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sosial media hesabında paylaşım edilib.

    "Xocalıda baş verən dəhşətli hadisələrdə həlak olan günahsız insanların - qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edərək kədərlənirik. Bu faciədə öz yaxınlarını, dostlarını və evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Bu cür faciənin bir daha təkrarlanmaması üçün barışıq və davamlı sülh naminə çalışmaq bizim kollektiv borcumuzdur", - səfir qeyd edib.