İlham Əliyev qəza ilə bağlı Donald Trampa başsağlığı verib
Bu barədə Prezidentin mətbuat xidməti xəbər verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
Dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: “Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
***
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində həlak olanlara görə ABŞ-a başsağlığı verib.
"Vaşinqtonda sərnişin təyyarəsi ilə vertolyotun havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi.
Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik.", - paylaşımda qeyd edib.