XƏBƏRLƏR / Mədəniyyət

Xətainin heykəlindəki yazı: “Nəvəm İsmayıla həsr olunur"

Heykəlin lövhə hissəsindəki yazının aradan qaldırılması istiqamətində iş gedir

Xətainin heykəlindəki yazı: “Nəvəm İsmayıla həsr olunur"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı ekspert qrupu yaradılıb.

    Ekspert qrupunun tərkibində Rəssamlar İttifaqının və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri yer alıb.

    Ekspert qrupu heykələ baxış keçirib, lövhə hissəsindəki yazının aradan qaldırılması istiqamətində işlərə başlamaq üçün ilkin istiqamətləri müəyyənləşdirib.

    Qeyd edək ki, heykəlin lövhə hissəsində rus dilində “Nəvəm İsmayıl Atakişiyevə həsr olunur – İbrahim Zeynalov” sözləri yazılıb. Heykəlin müəlliflərindən biri İbrahim Zeynalov olub.