XƏBƏRLƏR / Təbiət

Xəzərdə zəlzələ olub

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib

Xəzərdə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.