Xəzəryanı ölkələr yaxın gələcəkdə İranda görüşəcəklər
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai: İran Xəzər dənizi ilə həmsərhəd olan dövlətlərin görüşünə ev sahibliyi edəcək və əsas mövzusu suyun səviyyəsinin aşağı düşməsi olacaq.
Diplomatın sözlərinə görə, yaxın gələcəkdə - sentyabrın sonu və ya oktyabrın əvvəlində İran paytaxtında Tehran Konvensiyasının (Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası) iştirakçı ölkələrin görüşü keçiriləcək.
Bəqai xatırladıb ki, Xəzər dənizinin ətraf mühitinin qorunması üçün 2000-ci illərdə bağlanmış və fundamental sənəd olan çoxtərəfli müqavilə mövcuddur və onun iştirakçıları müntəzəm olaraq görüşürlər. O, həmçinin vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi problemi son illərdə nəzərəçarpacaq dərəcədə pisləşib və bunun əsas səbəbləri iqlim dəyişikliyi, buxarlanmanın artması və su axınlarının əhəmiyyətli dərəcədə azalmasıdır.
1 dəqiqə