Xilasedicilər partlayış yerində axtarış aparır VİDEO
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.
Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.