XƏBƏRLƏR / Münaqişə

XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

Bu, Laçın yolu ilə bağlıdır

XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "BMT Təhküləsizlik Şurasının iclasında qeyd edildiyi kimi, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanır". Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə dair şərhində əksini tapıb.

    Qeyd olunub ki, XİN Azərbaycanın təklifinə cavab verməyə, siyasi və hərbi təxribatlarını dayandırmağa, təcavüzkar ritorikasından və hərəkətlərindən əl çəkməyə, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlər çərçivəsinə daxil olan bütün məsələlərin sülh yolu ilə diplomatik həllini tapması üçün birbaşa danışıqlara xoş niyyətlə yanaşmağa Ermənistanı inandırmaq məqsədilə beynəlxalq ictimaiyyətə çağırışımızı bir daha təkrar edir.