XƏBƏRLƏR / Diplomatiya

XİN-in rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarıında FOTO

Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

XİN-in rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarıında FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar iyulun 8-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

    Sonra Şəhidlər xiyabanına gələn Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil və dəstələri qoyublar.