Xocalıda qalıqları tapılan şəhidlə vida mərasimi keçirilir
Mərhumun nəşi dəfn olunmaq üçün Bakıdan Xocalıya aparılacaq

Xocalıda qalıqları tapılan beş şəhiddən biri - Şahmuradov Nemət Musa oğlunun vida mərasimi keçirilir.
Mərasimdə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, o cümlədən icra başçısı Elgin Həbibullayev, rayon Polis idarəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərhumun nəşi dəfn olunmaq üçün Bakıdan Xocalıya aparılacaq.
Qeyd edək ki, Şahmuradov Nemət Musa oğlu 1964-cü ildə Goranboy rayonunun Qaşaltı kəndində anadan olub. Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayıb.1990-cı ildə Xocalı şəhərinə köçüb. Könüllü olaraq Xocalı özünümüdafiə dəstəsinin tərkibində müdafiə əməliyyatlarında iştirak edib. 26 fevral 1992-ci ildə Xocalı uğrunda gedən döyüş əməliyyatları zamanı düşmən tərəfindən əsir götürülüb.