XƏBƏRLƏR / Qayıdış

Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə növbəti köç

Köç edənlər əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir YENİLƏNİR

Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə növbəti köç
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 15:31

    Bu gün köç karvanı ilə Xocalı rayonunun Ballıca, Təzəbinə və Badara kəndlərinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Ballıca kəndinə 13 ailə - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62 nəfər köçürülüb.

    Köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

    Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

    Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, Təzəbinə, Ballıca və Badara kəndlərində sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaradılıb. Hər üç kənddə müasir standartlara uyğun yaşayış evləri, məktəb, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

    Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

    ***

    13:59

    Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub.

    Bu mərhələdə Təzəbinə kəndinə 17 ailə - 72 nəfər qayıdıb. Sakinlərə mənzillərin açarları təqdim edilib.

    Mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, hər iki kənddə müasir infrastruktur qurulub, sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir. S. Qəhrəmanov vurğulayıb ki, kəndlərdə bərpa-quruculuq işləri planlı şəkildə aparılır, müasir yaşayış evləri, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

    ***

    13:35


    Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

    Xocalı rayonunun Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

      Bu mərhələdə Təzəbinə kəndinə 17 ailə - 72 nəfər köçürülüb.

      ***

      12:47

      Xocalı rayonunun Ballıca, Təzəbinə  Badara kəndlərinə növbəti köç yola salınıb.

      Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

      Ballıca kəndinə 13 ailə, - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62 nəfər köçürülüb.

      Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

      Laçın - 2090 nəfər (570 ailə)
      Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
      Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
      Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
      Füzuli - 3136 nəfər (823 ailə)
      Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
      Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
      Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
      Həsənriz (Ağdərə rayonu) - 681 nəfər (188 ailə)
      Şuşa - 1396 nəfər (371 ailə)
      Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
      Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
      Cəbrayıl — 2866 nəfər (659 ailə)
      Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
      Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
      Xanyurdu (Xocalı) - 299 nəfər (85 ailə)
      Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
      Xıdırlı (Ağdam) - 1318 nəfər (350 ailə)
      Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
      Vəngli (Ağdərə) - 300 nəfər (79 ailə)
      Şuşakənd (Xocalı) - 115 nəfər (42 ailə)
      Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
      Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
      Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
      Badara (Xocalı) - 117 nəfər (31 ailə)
      Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
      Daşbulaq (Xocalı) - 91 nəfər (21 ailə)
      Kəlbəcər - 338 nəfər (81 ailə)

      Cəmi: 19 869 nəfər

      Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.