XƏBƏRLƏR / Qayıdış

Xocalının beş kəndinə köç olub

Bu gün Xocalının kəndlərinə 29 nəfərdən ibarət 9 ailə qayıdıb

Xocalının beş kəndinə köç olub
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Xocalı rayonuna mayın 26-da növbəti köç olub.

    Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.

    Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla doqquz nəfər, Badara kəndinə iki ailə olmaqla dörd nəfər, Ballıca kəndinə bir ailə olmaqla bir nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla üç nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.

    Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.



    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 1066 nəfər (270 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 546 nəfər (139 ailə)
    Aşağı Oratağ - 450 nəfər (98 ailə)
    Çapar - 141 nəfər (39 ailə)
    Heyvalı - 205 nəfər (46 ailə)
    Çıldıran - 112 nəfər (28 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)
    Böyük Qaladərəsi - 64 nəfər (14 ailə)

    Xocalı rayonu
    Xocalı - 631 nəfər (141 ailə)
    Ballıca - 1057 nəfər (237 ailə)
    Təzəbinə - 724 nəfər (160 ailə)
    Xanyurdu - 500 nəfər (137 ailə)
    Şuşakənd - 423 nəfər (111 ailə)
    Badara - 362 nəfər (101 ailə)
    Seyidbəyli - 254 nəfər (70 ailə)
    Daşbulaq - 126 nəfər (31 ailə)
    Xanabad - 88 nəfər (21 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 1222 nəfər (300 ailə)
    Şükürbəyli - 1114 nəfər (261 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1649 nəfər (388 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Xocavənd - 973 nəfər (438 ailə)
    Hadrut - 229 nəfər (56 ailə)
    Qırmızı Bazar - 847 nəfər (201 ailə)
    Sos - 360 nəfər (85 ailə)
    Xanoba - 174 nəfər (38 ailə)
    Xocavənd - 185 nəfər (69 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 680 nəfər (162 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
    Kərkicahan - 140 nəfər (35 ailə)


    Cəmi: 34 261 nəfər

    Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.